İranın müdafiə naziri Bakıda Azərbaycan prezidenti ilə görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i296373-İranın_müdafiə_naziri_bakıda_azərbaycan_prezidenti_ilə_görüşüb
Bakıda səfərdə olan İran İslam Respublikasının müdafiə naziri Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb, danışıqlar aparıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2018 10:07 Asia/Baku
  • İranın müdafiə naziri Bakıda Azərbaycan prezidenti ilə görüşüb

Bakıda səfərdə olan İran İslam Respublikasının müdafiə naziri Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb, danışıqlar aparıb.

İRNA-nın məlumatına görə, İranın müdafiə naziri general-polkovnik Əmir Hatəmi çərşənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb. Görüşdə hərbi-müdafiə məsələləri və regionun durumu araşdırılıb.

İranın müdafiə naziri general-polkovnik Əmir Hatəmi azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovun dəvəti əsasında hərbi bir heyətin müşayiəti ilə Bakıya səfər edib.

General-polkovnik Əmir Hatəmi bu iki günlük səfər çərçivəsində Azərbaycanın müdafiə və müdafiə sənayesi nazirləri ilə görüşüb, danışıqlar aparmalıdır.

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri çərşənbə günü səhər Bakıya daxil olduqdan sonra jurnalistlər qarşısında verdiyi açıqlamada Azərbaycana olan səfərini ikitərəfli əlaqələr və regional məsələlər ilə bağlı müzakirələrin aparılması üçün münasib fürsət adlandırıb.