Azərbaycan Respublikası qüvvələrinin “Qrad”dan istifadə etməsi barədə məlumat təkzib edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i364619-azərbaycan_respublikası_qüvvələrinin_qrad_dan_istifadə_etməsi_barədə_məlumat_təkzib_edilib
Aərbaycan Respublikası Müdafiə Nazirliyi ölkə Ordusunun “Qrad” sistemindən istifadə etməsi barədə yayılan məlumatın dezinformasiya olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2020 03:08 Asia/Baku
  • Azərbaycan Respublikası qüvvələrinin “Qrad”dan istifadə etməsi barədə məlumat təkzib edilib

Aərbaycan Respublikası Müdafiə Nazirliyi ölkə Ordusunun “Qrad” sistemindən istifadə etməsi barədə yayılan məlumatın dezinformasiya olduğunu bildirib.

SəhərAzəri yerli medialara istinadla xəbər verir, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib: “Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinə qarşı “Qrad” yaylım atəşli reaktiv sistemlərdən istifadə etməsi barədə yaydığı məlumat dezinformasiyadır”.

O həmçinin deyib ki, Azərbaycan Respublikası bölmələri tərəfindən bu silah növü tətbiq edilməyib: “Əgər Ermənistan tərəfində bu silah növünün tətbiq edilməsi barədə hər hansı bir sübut varsa, onu təqdim etsin”.