İyul 24, 2020 08:30 Asia/Baku
  • Mirtacəddini: Qarabağın işğalının davam etməsi qəbuledilməzdir

İslam Şurasi Məclisinin Təbrizli üzvü deyib ki, Qarabağın işğalının davam eməsi İran xalqı və dövləti üçün qəbuledilməzdir.

SəhərAzəri xəbər verir,  İran parlamentinin Təbrizdən olan  millət vəkili və 10-cu hökumət dövründə prezidentin müavini olmuş Məhəmmədrza Mirtacəddini son günlər Tovuzda baş verən hadisələrə münasibət bildirərkən belə deyib. 

O, öz “tvitter” səhifəsində  qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün qorunması tamamilə təbiidir və Qarabağın işğalının davam etməsi və bu ərazidə yaşayan insanların evlərindən didərgin düşməsi İran xalqı və dövləti üçün qəbuledilməzdir.

Teqlər