Okt 17, 2020 09:58 Asia/Baku
  • Ermənistanın Gəncəyə növbəti raket zərbələri böyük dağıntılara, mülki şəxslərin ölümünə səbəb olub + Foto

Ermənistanın silahlı qüvvələrinin gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

SəhərAzəri APA-nin məlumatina istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatında bildirilir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb: “ Ermənistanın Gəncədəki mülki şəxslərə qarşı xain və amansız raket hücumu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin döyüş meydanında məğlubiyyəti qarşısında zəifliyi və çarəsizliyinin göstəricisidir. Bu, dinc insanlara qarşı qəsdən və necə gəldi raket hücumudur”.

“Gəncəyə qarşı balistik raketlər Ermənistan ərazisindən atılıb. Döyüş bölgəsindən çox uzaqdır. Orada hərbi zərurət yoxdur. Ermənistanın Xarici İşlər Nazirliyi bu mənfur müharibə cinayətlərinə görə dövlət məsuliyyətindən boyun qaçırmağa çalışır . Gəncəyə atılan raketlər SKAD/Elbrus Əməliyyat-Taktik Ballistik Raketidir. Raketin düşdüyü ərazidən əldə olunan fraqmentlər bunu sübut edir. Sıx məskunlaşmış mülki şəxslərə qarşı qarşı SKAD raketinin atılması Ermənistan hərbi-siyasi rəhbərliyinin əxlaqsızlığı və şizofreniya düşüncəsini göstəricisidir”.- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən də bildirilib: “Ermənistan xarici işlər nazirliyinin bu ölkənin ərazisində silahlı qüvvələrin infrastrukturu və mülki obyektlərə guya Azərbaycan PUA-ları ilə zərbə endirilməsi ilə bağlı bəyanatla çıxış etməsi Ermənistanın törətdiyi qanlı əməllərin üstünü ört-basdır etmək məqsədini güdür. Qəti surətdə bu xəbəri təkzib edir və bildiririk ki, Azərbaycan Ordusu yalnız işğal olunmuş ərazilərin azad olunması istiqamətində legitim hərbi hədəflərə atəş açır. Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur”.

Teqlər