Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb
Noy 13, 2020 08:09 Asia/Baku
Azərbaycanın Müdafiə naziri, Dağlıq Qarabağ bölgəsində yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb.
SəhərAzəri xəbər verir, Azərbaycan Müdafiə Nazirliyi bu barədə məlumat verib. Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.
Görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.