Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 94 dinc sakini ölüb
Noy 16, 2020 15:41 Asia/Baku
Azərbaycan Respublikasının Baş Prokurorluğu Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölən və yaralananların sayını açıqlayıb.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, 26 sentyabr 2020 - 16 noyabr 2020 tarixləri ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağli Azərbaycanın yaşayış məntəqələrinin hücuma tutulması nəticəsində, 94 dinc sakin həlak olub və 414 nəfər yaralanıb.
Ümumilikdə Azərbaycan Respublikasında 3410 yaşayış evi, 512 mülki obyekt, 120 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.
