Rusiya Azərbaycana minatəmizləyən heyət göndərib
Yan 04, 2021 15:20 Asia/Baku
Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdamın minalardan təmizlənməsini həyata keçirəcək.
SəhərAzəri Baki xəbər agentliklərinə istinadən xəbər verir, xilasedicilərlə birlikdə Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Dağlıq Qarabağdakı ərazilərin minalardan təmizlənməsini yerinə yetirmək üçün Azərbaycan Respublikasına uçub: "Humanitar missiya çərçivəsində Ağdam bölgəsində pirotexniklər işləyəcək".
Qrupa Rusiya Fövqəladə Hallar Nazirliyinin Lider Mərkəzi və Noginsk Xilasetmə Mərkəzinin 20 pirotexniki daxildir. Onlarla birlikdə robotlarla işləyən 3 kompleks də göndərilib.