AZ. R-da Daha 140 nəfərdə koronavirus aşkarlandı
https://azeri.sahartv.ir/news/azərbaycan-i373330-az._r_da_daha_140_nəfərdə_koronavirus_aşkarlandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2021 13:37 Asia/Baku
  • AZ. R-da Daha 140 nəfərdə koronavirus aşkarlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb.

SəhərAzəri xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək Az. R-da ümumilikdə 232 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 951 nəfər müalicə olunaraq sağalıb, 3 185 nəfər vəfat edib, aktiv xəstə sayı 2 202 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 631, ötən müddət ərzində isə ümumilikdə 2 513 636 test aparılıb.