Azərbaycanda həftə sonu ictimai nəqliyyat işləməyəcək
Fev 20, 2021 10:21 Asia/Baku
Bu gündən fevralın 22-si saat 06:00-dək bütün Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Bununla əlaqədar 20 fevral saat 00:00-dan 22 fevral saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.