AR MN: PUA heyətləri təlim tapşırıqlarını icra edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i374490-ar_mn_pua_heyətləri_təlim_tapşırıqlarını_icra_edir
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib : PUA heyətləri təlim tapşırıqlarını icra edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2021 12:10 Asia/Baku
  • AR MN: PUA heyətləri təlim tapşırıqlarını icra edir

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib : PUA heyətləri təlim tapşırıqlarını icra edir.

SəhərAzəri APA-y istinadən xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, əməliyyat-taktiki təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürür.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.