Mart 18, 2021 16:37 Asia/Baku
  • Azərbaycanda koronavirusun

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq, “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

SəhərAzəri xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Sözü gedən mərkəzin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1,  B.1.1.7 (Britaniya variantı) aşkarlanıb.  

"Azərbaycanda koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir", -deyə mərkəzdən bildirilib.

Qeyd edək ki, üçü İngiltərədə, biri isə Danimarkada aparılan son dörd elmi tədqiqat yeni ştammın öldürücülük riskinin yüksək olduğunu elmi olaraq təsdiqləyib. Bundan əvvəl, hələ yeni ştammın qeydə alındığı ilk vaxtlarda aparılan tədqiqatla virusun Britaniya ştammının yoluxduruculuq qabiliyyətinin də daha yüksək olduğu məlum olub. Belə ki, yeni ştammın yeni növ koronavirus infeksiyasından fərqli olaraq daha sürətlə yayıldığı təsdiqlənib.

Teqlər