Apr 06, 2021 14:38 Asia/Baku
  • Azərbaycan Respublikasının təhlükəsizlik sistemində hesablaşmalar davam edir

Azərbaycan Respublikasındakı informasiya mənbələri bu ölkənin sabiq təhlükəsizlik nazirinə yaxın olan iki generalın həbs olunmasından xəbər veriblər.

SəhərAzəri xəbər verir ki, Azərbaycan Respublikasının sabiq və kənarlaşdırılmış təhlükəsizlik naziri general Eldar Mahmudova yaxın olan bu ölkənin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Nizami Şirinov və MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlan Şixəliyev həbs olunublar.

Məhkəmə proseduruna başlamaq məqsədilə Bakı hərbi məhkəməsinin qərarı ilə bu iki keçmiş təhlükəsizlik rəsmisi barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

General Eldar Mahmudov, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin keçmiş yaxın dostlarından hesab olunurdu. O, 2004-cü ildən 2015-ci ilədək bu ölkənin Milli Təhlükəsizlik Nazirliyinə başçılıq edib.

Bakı mediaları Mahmudov bu vəzifədə olarkən «onun Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xidməti» adlandırılan məsələ barədə geniş təbliğat kampaniyası aparırdılar.

Qeyd edək ki, Eldar Mahmudovun təhlükəsizlik nazirliyindən kənarlaşdırılmasından sonra bu nazirliyin iyirmiyə yaxın yüksək çinli rəsmisi həbs olunaraq, zindana atıldı. Amma sionist İsrail rejiminin təhlükəsizlik sisteminə yaxın şəxs kimi tanınan Eldar Mahmudov əsla təqib olunmadı.

Teqlər