Apr 20, 2021 17:00 Asia/Baku
  • Azərbaycanda daha 2197 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2197 yeni yoluxma faktı qeydə alınıb, 1 946 nəfər müalicə olunaraq sağalıb.

SəhərAzəri Dəyərlər.org-a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 34 azərbaycanlı vəfat edib.

İndiyədək  Azərbaycan Respublikasında ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib. 32 170 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13777, bu günə qədər isə ümumilikdə 3 128 656 test icra olunub.

Teqlər