Az. R-nin Mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub
Apr 21, 2021 14:09 Asia/Baku
Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov koronavirusa (COVID-19) yoluxub.
SəhərAzəri xəbər verir kia. Bu barədə APA-ya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ondan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb.
Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.
Nazirlikdən Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığı və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdikləri bildirilib.