İyun 14, 2021 10:34 Asia/Baku
  • İran səfiri Ağdam təəssüratlarından danışdı

“Mən çox təəssüf edirəm ki, bu cür cənnət yerlər viranəyə çevrilib”.

SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə, dünən Ağdamda səfərdə olan İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi deyib: “Mən çox təəssüf edirəm ki, bu cür cənnət yerlər viranəyə çevrilib”.

İranın Azərbaycan Respublikasındakı səfiri deyib: "Çox təəssüf edirəm ki, bu cür cənnət kimi yerlər viran qoyulub, burada heç nə qalmayıb. Məhz bu mənzərəyə görə Ağdam Qafqazın Xirosiması adlandırılır."

İranın Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində quruculuq işlərinə və mina axtarışına dəstək verməyə hazır olduğunu söyləyən səfir əminliyini bildirib ki,  bu yerlər yenidən qurulacaq, yeni, gözəl binalar tikiləcək.

S. A. Musəvi qeyd edib ki, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, İran-Azərbaycan sərhədi dostluq sərhədidir: “İnşaallah, Azərbaycan və İran əl-ələ verərək bu torpaqları abad edəcək”.

 

Teqlər