Azərbaycana qar yağıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i382496-azərbaycana_qar_yağıb
Dünən axşam saatlarından başlayaraq Azərbaycan Respublikasının şimal bölgəsinə qar yağıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2021 06:45 Asia/Baku
  • Azərbaycana qar yağıb

Dünən axşam saatlarından başlayaraq Azərbaycan Respublikasının şimal bölgəsinə qar yağıb.

SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə, Qubanın Qrız kəndinə 23 sm, Xınalığa 16 sm, Xaltana isə 3,5 sm hündürlüyündə qar yağıb.

Qusarın Yasab kəndində qarın hündürlüyü 2 sm, Xızının Altıağac kəndində isə 1 sm təşkil edib.

Havanın temperaturu Qubanın Qrız kəndində mənfi 6 dərəcəyədək enib.