Azərbaycan və Türkiyə prezidentləri mətbuata çıxış ediblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i382519-azərbaycan_və_türkiyə_prezidentləri_mətbuata_çıxış_ediblər
Türkiyə və Azərbaycan Respublikası prezidentlərinin iştirakı ilə bu gün Füzüli hava limanının istifadəyə verilməsi eləcə də Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyma mərasimindən sonra iki ölkə prezidenti müştərək mətbuat konfransında çıxış ediblər.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 26, 2021 17:08 Asia/Baku
  • Azərbaycan və Türkiyə prezidentləri mətbuata çıxış ediblər

Türkiyə və Azərbaycan Respublikası prezidentlərinin iştirakı ilə bu gün Füzüli hava limanının istifadəyə verilməsi eləcə də Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyma mərasimindən sonra iki ölkə prezidenti müştərək mətbuat konfransında çıxış ediblər.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev mətbuat konfransıda etdiyi çıxışında bir il öncə işğaldan azad olunmuş Azərbaycan ərazilərində gedən quruculuq layihələrində Türkiyə şirkətlərinin əsas paya malik olduqlarını vurğuladı

"Bütün işlərdə o cümlədən, işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq-bərpa işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik"-deyə İlham Əliyev bildirib.

 Zəngilan rayonunda Azərbaycan Respublikası və Türkiyə Prezidentinin görüşündən sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan oradan isə Türkiyəni biri-birinə qovuşduracaq kommunikasiyaların bütün region ölkələrinə xeyir verəcəyini bildirib. O Ermənistanın Azərbaycanla problemlərini həll edəcəyi təqdirdə Türkiyə ilə əlaqələrin normallaşdırılmasına heç bir problemin qalmayacağını deyib.