Dek 17, 2021 14:17 Asia/Baku
  •  Milli Məclisə müraciət edilib

Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi Milli Məclisə müraciətində "Media haqqında" qanun layihəsinin parlamentdə müzakirəsini dayandırmağa və beynəlxalq ekspertləri cəlb etməklə yeni işçi qrupu yaratmağa çağırıblar.

SəhərAzəri-nin məlumatına əsasən,müraciətdə deyilir: Azərbaycan parlamentinin birinci oxunuşda qəbul etdiyi "Media haqqında" qanun layihəsi, Azərbaycan vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların ekspertlərinin rəyləri nəzərə almaqla yenidən işlənməlidir.

Müraciətdə keçmişdə KİV haqqında qanunların və düzəlişlərin hazırlanması və qəbul edilməsinin yerli ekspertlərin, eləcə də Avropa Şurası və ATƏT mütəxəssislərinin fəal iştirakı ilə həyata keçirildiyi xatırlanır və “Media haqqında” qanun layihəsi təşəbbüsü ictimai müzakirələr keçirilmədən, habelə, beynəlxalq standartlar öyrənilmədən Milli Məclisə təqdim edilməsi barədə təəssüf ifadə olunur.

Fəallar qanun layihəsinin parlamentdə müzakirəsini dayandırmağa və beynəlxalq ekspertləri cəlb etməklə yeni işçi qrupu yaratmağa çağırırlar.

Teqlər