Çörək və un bahalaşmayıb, qiymətlər "dəyişib"!
Azərbaycanda çörək və un qiymətinin "dəyişməsi" təsdiqləndi
Azərbaycan Respublikasında dövlət xidməti çörək və un "qiymətlərinin dəyişdiyini" təsdiq edib.
SəhərAzəri Turan Xəbər Agentliyinə istinadla xəbər verir: Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək qiymətlərinin dəyişdirilməsi barədə bildirib ki, cari ildən daxili bazarda sahibkarlıq subyektləri tərəfindən idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiyməti dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırılıb. Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur.
Qurum qeyd edib ki, un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür", deyə press-relizdə qeyd edilir.