Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı oldu
https://azeri.sahartv.ir/news/azərbaycan-i386700-azərbaycan_və_İran_xİn_başçıları_arasında_telefon_danışığı_oldu
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan ilə telefon danışığı baş tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2022 14:28 Asia/Baku
  • Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı oldu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan ilə telefon danışığı baş tutub.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycanın Xarici İşlər Nazirliyindən bildiriblr ki, nazirlər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə qarşılıqlı təbriklərini ifadə ediblər.

Tərəflər cari ilin 9-10 mart tarixlərində Azərbaycanda keçiriləcək Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının yüksək önəmini qeyd ediblər. Bu xüsusda İranın rəsmi heyəti ilə yanaşı, Azərbaycana bir qrup iş adamlarının səfər etməsi məmnunluqla vurğulanıb.

Nazirlər, həmçinin regional məsələləri, eyni zamanda Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Nazirlər, İranın nüvə prpoqramı üzrə Vyanada aparılan danışıqların gedişatı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.