Azərbaycan "giriş-çıxışa qadağa zonası"na çevrilir?
Azərbaycan Respublikası prezidenti bu ölkənin quru sərhədlərinin bağlı qalacağını qətiyyətlə vurğulayıb.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında quru sərhədlərin bundan sonra da bağlı qalacağını vurğulayıb.
İlham Əliyev bu qərarın pandemiya ilə bağlı olduğunu bildirib: “Əfsuslar olsun, yeni məlumat var, özü də Ümumdünya Səhiyyə Təşkilatı bu məlumatı yayıb ki, indi bəzi ölkələrdə yenə maska rejiminə keçmək lazımdır.
President İlham Əliyev Pandemiya təhlükəsini ciddi hesab edib və əhalinin sağlamlığı naminə bundan sonra da quru sərhədlərinin bağlı qalacağını vurğulayıb:
“Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir.
Qeyd edək ki, dünyada ölkələr arasında quru-hava və su nəqliyyatı çoxdandır tam normal hal aldığı bir şəraitdə, Azərbaycan Respublikasının öz quru sərhədlərini bağlı saxlaması bu ölkə də ciddi narazılıqlara səbəb olub. Uçuşun AZAL-ın monopoliyasında olduğuna görə qiymətlərin kəllə çarxa qalxması sadəcə varlı təbəqənin ölkəni tərk edə bilməsi ilə nəticələnib.
Sərhədyanı rayonlarda qonşu ölkələrlə quru gediş-gəlişlərin qadağan edilmsi bu ərazilərdə əhalinin məişətinin daha da ağırlaşmasına səbəb olub.
Quru sərhədlərin bağlı qalmsına qarşı olanlar artıq ölkənin “çıxış qadağa” zonasına çevrildiyini deyirlər.