Avq 31, 2022 12:25 Asia/Baku
  • Azərbaycan və Ermənistan liderləri bu gün görüşürlər

Brüsseldə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev arasında üçtərəfli görüş keçirilir.

SəhərAzəri-nin məlumatına əsasən, bir neçə gün əvvəl Azərbaycan Respublikası prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev açıqlamışdı ki, avqustun sonunda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq. Azərbaycan Prezidentinin köməkçisi bu görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkilinin razılaşdırılacağına ümid etdiyini bildirmişdi.

Ermənistan Baş Nazir Aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan isə Faktor TV-nin sualına cavab olaraq sadəcə bildirib ki, ötən üçtərəfli görüşdə tərəflərin müzakirə etdiyi gündəlikdəki məsələlərlə bağlı müzakirələr davam etdiriləcək.

Bu il mayın 22-də Brüsseldə keçirilən görüşdə regional kommunikasiyaların bloklanmasına yönəlmiş işlərin gələcək gedişi, sərhədlərin demarkasiyası və təhlükəsizlik məsələləri üzrə komitənin işinə başlaması, habelə sərhədlərin demarkasiyası və təhlükəsizlik məsələlərlə bağlı razılıq əldə olunub.

Erməni mənbələrin bildirdiyinə görə, sülh sazişinin əsas mətni artıq hazırdır və hər 3 tərəf – Ermənistan, Rusiya və Azərbaycan həmin mətnlə tanışdır. Əsas fikir ayrılığı onunla bağlıdır ki, Azərbaycan Qarabağ məsələsini həll olunmuş kimi tanımağı və Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanımağı tələb edir.

Lakin Rusiya Federasiyası belə bunda maraqlı deyil, ona görə ki, bu məsələ həll olunarsa, o zaman Rusiya sülhməramlı qüvvələri Qarabağdan çıxmalı olacaqlar. 

Azərbaycan Respublikası Ermənistandan bir-birinin ərazi bütövlüyünün tanınmasını, ərazi iddialarının istisna edilməsini, sərhədlərin müəyyən edilməsini, diplomatik münasibətlərin qurulmasını, kommunikasiyaların açılmasını tələb edir.

Teqlər