Azərbaycanda dərmanların qiyməti kəskin bahalaşıb
Vətəndaşlar dərman preparatlarının bahalaşmasından şikayətlənirlər
Azərbaycan Respublikası Tarif Şurasının sədri Mikayıl Cabbarovun 26 iyulda imzaladığı "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə" qərarı fəal surətdə həyata keçirilməyə başlayıb.
SəhərAzəri-nin Sputnik Xəbər Agentliyinə istinadən verdiyi məlumatına əsasən, həmin qərardan sonra respublikada bir sıra dərman preparatlarının qiyməti kəskin bahalaşıb. Tarif Şurasının son qərarı sosial platformada ciddi narazılığa səbəb olub. Belə ki, vətəndaşlar bəzi dərman preparatlarının qiymətinin min manatadək bahalaşmasından şikayətlənirlər.
İqtisadçı Samir Əliyev isə bildirib ki, Tarif Şurası bir sıra dərmanların qiymətini yüksək həddə qaldırıb. Onun sözlərinə görə, dərmanların qiyməti çeşidindən asılı olaraq orta hesabla 10-15% civarında bahalaşıb. İqtisadçı bildirib ki, elə dərmanlar var ki, daha çox bahalaşıb:
Tarif Şurasının saytında da dərmanların qiymətinin kəllə-çarxda olduğu əks olunub.
Dərmanların qiymət artımına paralel olaraq, yerli bazarda bəzi dərmanları tapmaq da müşkülə çevrilib. Rusiya-Ukrayna münaqişəsi nəticəsində bu ölkələrdən Azərbaycana idxal olunan dərmanların qiymətində kəski bahalaşma müşahidə olunur. Əczaçılar bəzi dərmanların tapılmaması və baha olmasını Rusiya-Ukrayna müharibəsi səbəbindən Azərbaycana idxalın azalması ilə izah edirlər.