Azərbaycan Respublikası Müdafiə Nazirliyi:
“Azərbaycan ordusunun mövqeləri yenidən atəşə tutulub”
Sen 07, 2022 10:55 Asia/Baku
Azərbaycan Respublikası Müdafiə Nazirliyi özünün rəsmi internet səhifəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam etdiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında deyilir: Sentyabrın 6-sı saat 19:50-dən 7-si saat 01:20-dək Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikası ordusunun Kəlbəcər və Laçın rayonunda yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Məlumatda bildirilir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.