Sen 16, 2022 14:15 Asia/Baku
  • “150-200 gəncin bir dəfn mərasimində iştirakı öz istəyi ilə ola bilməz”

Azərbaycan Respublikasında öz şəhidlərini dəfn edən əhalinin şəhidlərin ağası İmam Hüseyni(ə) yad etməsi niyə sərt reaksiyalara səbəb olub?

Son günlər Azərbaycan Respublikası ilə Ermənistan sərhədlərində baş verən toqquşmalar nəticəsində onlarla azərbvaycanlı əsgər şəhid olub. Şəhidlər dərhal doğulduqları yerlərdə müsəlman əhalinin geniş iştirakı ilə torpağa tapşırıldı. Dəfn mərasimlərində ənənəvi olaraq şəhidlərin sərvəri Həzrət İmam Hüseyn(ə) yad edildi və o həzrətin şəhadətinin ərbəini günü ərəfəsində olduğumuza görə şəhidlərlə bərabər şəhidlərin ağasına da matəm saxlanıldı.

Öz şəhid övladlarını öz dini və milli ənənələrinə uyğun şəkildə torpağa verən yerli sakinlər indi bəzi mərkəzlərin sifarişini yerinə yetirən şəxslər tərəfindən qınaq obyektinə çevriliblər. Həmin şəxslər şəhid ailələri, yaxınları və yerli əhali tərəfindən dəfn mərasimində İmam Hüseynin(ə) yad edilməsini başqa ölkələrdən gəlmiş qruplara aid etmək istəyirlər. Sanki Azərbaycan xalqı xristianmış və İmam Hüseyni(ə) heç tanımırmış.

Bunlardan biri Deputan Ceyhun Məmmədovdur. O Yenisabah.az-ın tələbi ilə verməli olduğu müsahibədə əhli-beytə böyük sevgisi olan Azərbaycan xalqının şəhidini dəfn edərkən bu sevgisini nümayiş etdirməsini qəbuledilməz adlandırıb: “Azərbaycanın əhalisinin dinə böyük inamı, etiqadı, əhli-beytə böyük sevgisi var. Amma şəhidlərin dəfn mərasimlərində bu cür aksiyalar yaxşı qarşılanmır”.

Deputan, şəhidin dəfn mərasimində “Ya Hüseyn” şüarlarının verilməsinə qarşı çıxdığını dilə gətirib və böyük təəccüb doğuran iddia səsləndirib:  Orada xüsusi təlimatlandırılmış qruplar var idi. Bu qruplar Azərbaycanın bütün bölgələrinə bütün şəhid ailələrinə göndərilir. Onlar da  orada məqsədli belə aksiyalar təşkil edirdilər”.

Azərbaycan Respublikası ordusu və sərhəd qoşunlarının 70-dən çox şəhidinin bir gün ərzində ölkənin dörd bir güşəsində dəfn edilməsini nəzərə alsaq, deputatin bu iddiası həddindən artıq qeyri-real görünür. Beləki iddia edilən təlimatlanmış bir qrup Azərbaycanın 70-dən çox ayrı-ayrı şəhər və kəndində eyni gündə həyata keçirilən dəfn mərasimlərinin hamısında necə iştirak edə bilər?

Əgər bunlar vahid qrup deyil və qruplardan ibarətdirsə nəzərə alsaq ki, deputata görə hər dəfn mərasmində İmam Hüseyni(ə) yad edənlər 200 nəfər təşkil edirsə demək ölkə boyu keçirilən 70 şəhidin dəfn mərasimində İmam Hüseyni(ə) çağıranların sayı 14 mindən çox olub. 14 min insanı Azərbaycan xalqı adlandırmamaq və onları təlimatlandırılmış qruplar kimi təqdim etmək nə dərəcədə məntiqə uyğun görünür?

Deputan “150-200 gəncin bir dəfn mərasimində iştirakı hansı təsadüfi  hal ya öz istəyi ilə ola bilər?!” sualını səsləndirməklə Azərbaycan xalqının şəhidlik məfkurəsinə olan inancını, həmin məfkurənin yetişdirdiyi gənc şəhidləri təhqir etmiş olub.

Deputat Ceyhun Məmmədovun timsalında sifarişlə müsahibə verən bəzi ziyalılar Azərbaycan Respublikası xalqını mahiyyət etibarı ilə tam dinlə əlaqəli olan ölüm və şəhadətlə bağlı tədbirlərdə dini şuarlar verməkdən çəkindirilir.

 Bunlar unudurlar ki, şəhadət tamamiylə dini termindir və islamda şəhidliyin zirvəsində İmam Hüseyn(ə) durduğuna görə hər bir şəhid o imamın yolunu getmiş olur. Görəsən bu hansı düşüncədir ki, onda şəhidin dəfn mərasimində şəhidlərin sərvərinin adını çəkmək qəbuledilməz adlandırılır.

Teqlər