Rusiya sülhməramlilarına qarşı etiraza icazə verilməyib
https://azeri.sahartv.ir/news/azərbaycan-i393807-rusiya_sülhməramlilarına_qarşı_etiraza_icazə_verilməyib
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının oktyabrın 7-də saat 14:00-da Rusiya səfirliyinin qarşısında Rusiya Sülhməramlıların fəaliyyətinə qarşı etiraz aksiyası təşkil etmək üçün müraciətini rədd edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Okt 05, 2022 12:30 Asia/Baku
  • Rusiya sülhməramlilarına qarşı etiraza icazə verilməyib

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının oktyabrın 7-də saat 14:00-da Rusiya səfirliyinin qarşısında Rusiya Sülhməramlıların fəaliyyətinə qarşı etiraz aksiyası təşkil etmək üçün müraciətini rədd edib.

SəhərAzəri-nin məlumatına əsasən,BŞİH-dən müraciətə verilən cavabda bildirilib ki, piketin keçirilməsi məqsədəuyğun sayılmayıb.

Qeyd olunub ki, 10 noyabr 2020-ci il tarixində bağlanılmış üçtərəfli bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan ərazisində qalma müddəti 5 ildir.

BŞİH bildirib ki, buna görə, həmçinin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 7-ci maddəsinin I hissəsi nəzərə alınaraq, 7 oktyabr 2022-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi qarşısında planlaşdırdığınız piketin keçirilməsi məqsədəuyğun sayılmır.