MBH-Müsəlman Birliyi Hərəkatı bəyanat yaydı
İran bəhanədir, əslində İslama qarşı mübarizə aparılır
Müsəlman Birliyi Hərəkatı Azərbaycanda İslam müqəddəslərinin təhqir olunmasını qınayıb.
SəhərAzəri-nin məlumatına əsasən,hərəkatın yaydığı bəyanatda deyilir: “Zamanla yaşanan hadisələr anti-islam ab-havasını göstərsə də, hər gərginlik buna don geyindirilməsi ilə nəticələnib. Bir çox islamazidd əməlləri anlamaq üçün qadağalarla üzləşən tərəfin məhz şiə əqidəsi və Əhli-beyt (ə) inancının olması faktı bunun arxasında kifayət qədər maraqlı olan dövlətlərin dayandığından xəbər verir. Son hadisələr isə məsələni tam aydınladaraq bu ölkədə hədəfin İslam-Əhli-beyt (ə) olduğunu bariz şəkildə ortaya qoydu.”
Bəyanatda bildirilir: “İranla yaşanan gərginlik arzuolunmaz həddə qədər yüksəlib. Azərbaycanın dincliyinə qənim kəsilənlər, bu ölkənin siyasi durumuna təsir göstərərək buranı qan gölünə çevirmək istəyində israrlıdır. Şiə əqidəsinə düşmən olan dövlətlər və onların maraqlarına İslamı qurban verən bəzi dairələr bu yolla şiəliyi dünyada “modern yumşaq İslam” adlı yeni ruhsuz təlimlə əvəz etmək istəyirlər. Zamanla Azərbaycana yanlış əqidə və dinlər, siyasi düşüncələri yeritməyə çalışan bu ünsürlərin uğursuz addımları son dövrlər müctəhidlərin hədəfə alınması ilə aşkar bir siyasət sürdürməkdədir. İşin davamı isə mövzunu həqiqətinin zirvəsinə çəkərək İmamətin belə hədəfə gətirilməsinə rəvac verib”.
Bəyanatda qeyd olunur ki, günlərdir hədəfə alınan dəyərlərin fonunda İmamətə açıq həqarət bu addımın arxasında gizlənən həqiqəti bir daha REAL TV ekranlarından od olaraq püskürdü. Güya İrana qarşı nifrət sərgiləyən, özünü yalançı vətənpərvər göstərən ünsür elə vətəninin əqidə bəslədiyi inancını planlı aşağılamaqla təhqir etməsi qeyd olunan siyasətin çılpaq formasıdır. Eyni zamanda, hədəfə alınan xüsusi simaların da təsadüfi seçilməməsi, insanlığın mübarizə meyarı, haqqın müdafiə simvolu, şiəliyin varlığını insanlığın anlayacağı tərzdə göstərən İmam Hüseyn (ə) və onun sədaqətli, dəyanətli, qeyrətli bayraqdarı Həzrət Əbülfəz Abbas (s.ə.) bu işdə incələnməmiş deyil. Azərbaycan xalqının canına-qanına hopmuş Əhli-beyt (ə) sevgisi təkcə dini məhəbbət yox, eyni zamanda, bu dəyərlərdən irəli gələn mübarizə məktəbidir.