Noy 24, 2022 10:48 Asia/Baku
  • DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirib

Naxçıvan hədəfə alınıb. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində araşdırmalara başladığı bildirilir.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə “Bakudays” məlumat yayıb.

Mətbuat orqanının yaydığı məlumata görə, NMR Gömrük Komitəsinin bəzi əməkdaşları Komitə binasında saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindiriliblər.

Mətbuat orqanı Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisinin araşdırıldığını yazıb.

Bu arada Naxçıvanın muxtariyyətini əlindən almaq və Vasif Talıbovu neytrallaşdırmaq məqsədilə ailə rejimi öz çevrəsindəki adamlarını səfərbər edib, Naxçıvana qarşı total hücumu əsaslandırmağa çalışır.

Bununla əlaqədar hakim rejimin tanınmış mənsublarından olan hüquqşünas İlqar Altay öz feysbuk məqaləsində yazıb:

Naxçıvana güzəşt kimi verilmiş xüsusi "muxtar", "dövlət", "respublika" statusu, buna da uyğun, cəmisi 250 min əhalisi olan bölgədə bu qədər nazirliklər, komitələr, inzibati aparatların olması oradakı "bəzilərində" nə qədər özündənrazılıq, özünəgüvən, özbaşınalıq hissləri yaradıbmış ki, ilin-günün bu başqarışıq vaxtı Bakı Naxçıvana "əl gəzdirməyə" məcbur olur… Bizim ölkəyə, xalqa "muxtarlar" əsla lazım deyil. Bu, "muxtar dövlət respublika" ayırıcıdır mərkəzdənqaçmalı, eynilə, izafi büdcə xərclidir.

İlqar Altay sonda açıq şəkildə Naxçıvana verilmiş muxtariyyətin əlindən alınacağına eyham vurub. “Dövlət, respublika nədir? ABŞ-da 50 ştatın çoxusu çox ölkələrdən də böyükdür, heç onlara belə "dövlət", "respublika" kimi adlar verilməyib! Bir rayon boyda bölgənin naziri, Məclisimi olar?”, - deyə rejimin adamı öz məqaləsini bitirir.

 

Teqlər