Tale Bağırzadə aclığı davam etdirir
MBH liderinin səhhətində problemlər yaranıb
Həbsdə olan Müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırzadənin səhhətində problemlər yaranıb.
bu barədə Turan-a vəkil Bəhruz Bayramov bildirib.
Vəkilin sözlərinə görə, Bağırzadə ötən şənbə günündən aclıq edir və yalnız su içir.
O qeyd edib ki, Bağırzadə hüquqlarının pozulmasına və qeyri-insani rəftara son qoyulmasını tələb edir. O, özünün və tərəfdarlarının İranla əlaqələrinə dair ittihamları rədd edir.
Bundan öncə Penitensiar Xidmət Bağırzadənin aclıq etməsi barədə deyilənləri təkzib edib.
2015-ci ildə Bağırzadə polis qüvvələrinin Nardarana qarşı hücumu zamanı həbs edilib və terrorizm, konstitusiya quruluşunu dəyişdirməyə cəhd, qanunsuz silahlı qrup yaratmaq və digər ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilib. Lakin ictimaiyyət bütün bu ittihamların uydurma olduğunu deyir və bu səbəbdən Bağırzadə siyasi məhbus kimi tanınıb.