Dek 13, 2022 17:44 Asia/Baku
  • Azərbaycan Qarabağa nəzarəti tam ələ keçirməyə çalışır

Onlarla fəal Şuşadan Xankəndinə gedən yolun üzərində yerləşən Rusiya sülhməramlılarının postunun qarşısına toplaşaraq azərbaycanlı mütəxəssislər qrupunun Qarabağdakı qızıl, mis-molibden yataqlarının istismarı ilə bağlı yoxlama aparmasına yaradılan maneəyə etiraz edir.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bazar ertəsi verdiyi açıqlamasında deyilir ki, bu etirazların əsas tələbi yataqların istismarının dayandırılması, dəymiş zərərin qiymətləndirilməsinə şərait yaradılmasıdır.

AzTV-nin verdiyi video görüntülərdə Azərbaycan vətəndaşlarının rus sülhməramlıları ilə üz-üzə dayandığı, onların postu yaxınlığında çadır qurduğu, o cümlədən Rusiya sülhməramlıları tərəfdə olan ərazidə hərbi texnikanın yerləşdirildiyi görünür.

Azərbaycanlı mütəxəssislərin dekabrın 10-da Rusiya sülhməramlılarının məsuliyyət zonasında faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarının monitorinqini aparması əvvəldən razılaşdırılsa da, şənbə günü onların bu təşəbbüsünə maneə törədilib və buna görə Azərbaycan Rusiyaya nota verib.

Separatçıların "Dağlıq Qarabağ Respublikasının informasiya qərargahı" dünən yaydığı bəyanatda azərbaycanlıların aksiyasını "aqressiv və destruktiv davranış" kimi qiymətləndirərək bunu qəbuledilməz hərəkət adlandırıb və yerli rəhbərliyin Rusiya sülhməramlı kontingentinin komandanı ilə əlaqə saxladığını və vəziyyəti həll etmək üçün bütün mümkün tədbirlərin görüldüyünü açıqlayıb.

 

 

Teqlər