Yan 10, 2023 18:03 Asia/Baku
  • Əsgər özünü güllələdi

Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Vüsal Akif oğlu Məmmədov odlu silahdan atəş açmaqla özünü öldürüb.

Bu barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Məlumatda qeyd edilib ki, fakt üzrə Gəncə hərbi prokurorluğunda araşdırma aparılır və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda qeyri-döyüş itkilərinin sayı ciddi şəkildə artıb.

Təşkilatın yaydığı məlumatda deyilir ki, 2003-cü ildən bu yana Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda 846 nəfər qeyri-döyüş şəraitində həlak olub. Həmçinin 2003-2022-ci illərdə illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 13 min nəfərdən çox olub. Təkcə 2022-ci ildə azı 58 nəfər qeyri-döyüş itkiləridir”.

 

Teqlər