Yan 26, 2023 19:54 Asia/Baku
  • Şəhidlər Xiyabanını ziyarət edərkən saxlanılanların sayı 8 nəfərdir

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar müxalif siyasi qüvvələrin Şəhidlər Xiyabanını ziyarətindən sonra həbs olunanların sayı 8 nəfərə çatıb

SəhərAzəri-nin məlumatına əsasən, onlardan 6-sı Müsəlman Birliyi Hərəkatının (MBH), ikisi isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləridir.

Adı çəkilən təşkilatlar bu barədə “Meydan TV”yə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Meydan TV-nin həbslərlə bağlı sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 20-də Şəhidlər Xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozub, orada qarışıqlıq yaratmağa cəhd göstərib. Lakin cəhdin qarşısı alınıb və guya tabesizlik göstərənlər saxlanılıb.

MBH üzvlərinin həmin gün dini şüarlar o cümlədən Hüseyn Hüseyn şüarımız, şəhadət iftixarımız sədası altında ziyarətə gəlməsi hakimiyyəti qəzəbləndirib.

 

Teqlər