Apr 29, 2023 15:42 Asia/Baku
  • Tərtərdə mina partlayışı nəticəsində 3 nəfər ölüb

Aprelin 28-də Tərtərdə mina partlayışı nəticəsində bir enerji şirkətinə işləyən 3 Azərbaycan vətəndaşı həlak olub, faktla bağlı cinayət işi başlanıb.

SəhərAzəri-nin məlumatına görə, İlkin araşdırma zamanı ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 298 nəfər mina qurbanlarından 54 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

 

 

 

Teqlər