İlham Əliyev: "İran xarici işlər nazirinin Bakıda olmasından məmnunuq"
https://azeri.sahartv.ir/news/azərbaycan-i401407-İlham_Əliyev_İran_xarici_işlər_nazirinin_bakıda_olmasından_məmnunuq
İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı və regional hadisələrlə bağlı fikirlər səsləndirilib və müxtəlif mövzularda müzakirələr aparılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2023 18:21 Asia/Baku
  • İlham Əliyev:

İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı və regional hadisələrlə bağlı fikirlər səsləndirilib və müxtəlif mövzularda müzakirələr aparılıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran xarici işlər nazirinin Bakıda olmasından məmnunluğunu ifadə edərək iki qonşu və müsəlman ölkəsi arasında əlaqələrin əhəmiyyətini nəzərə çatdırmışdır. Prezident Əliyev ölkələr arasında xüsusilə iqtisadi sektorlarda, o cümlədən nəqliyyat-tranzit sahəsində əlaqələrin vacibliyini vurğulamışdır.