İsrailin neft tədarükü haradan gəlir?
Azərbaycan xunta rejiminin hərb maşınını qidalandıran ölkələrdəndir
Azərbaycan xunta rejiminin hərb maşınını qidalandıran ölkələrdən biri olsa da, sionistlər bu müsəlman ölkəsindən neft axınının kəsilə biləcəyindən ehtiyatlanaraq alternativ mənbə tapıblar.
Bloomberg-in dərc etdiyi məlumatda deyilir ki, İsrail rejimi gündə təxminən 200 min barrel xam neft idxal edir.
Bloomberg-in hesabatında xüsusilə Qəzzə zolağı ilə müharibə və İslam ölkələrinin İsrailə neft ixracını dayandırmaq çağırışları fonunda bu rejimin xam neft idxalına diqqət yetirilib.
Bildirilir ki, İsrailə ixrac edilən neftin 60%-i Qazaxıstan və Azərbaycandan gətirilir. Eyni zamanda Qərbi Afrika ölkələri, xüsusilə Qabon da İsrailə əsas xam neft ixracatçılarıdır
Bloomberg onu da qeyd edir ki, İsrail İslam ölkələrindən neft idxalında problem yarana biləcəyini də unutmur və bunun üçün alternativ tapıb. Belə ki, İsrailin əsas müttəfiqi olan ABŞ dəniz yolu ilə dünya bazarına ən böyük xam neft ixracatçılarından biri olaraq çətin anda İsrail rejiminin təchizatçısına çevrilə bilər.