Qazaxıstan prezidenti hakimiyyətlə vidalaşdı
79 yaşlı Qazaxıstan prezidenti Nursolsan Nazarbayev təxminən 30 illik hakimiyyətdən sonra bu gün Televiziyadan yayımlanan açıqlamasında istefa verdiyini bildirib.
İRİB-in Almatidən verdiyi məlumata görə, Nursoltan Nazarbayevin müavini Qasım Zumart Tukayev ölkənin prezidentinin səlahiyyətlərini yerinə yetirəcək.
Nazarbayev özünün istefa qərarı barədə belə deyib: Son illərdə ictimayi və iqtisadi sahələrdə durum dəyişməyib və mən bu gün Qazaxıstan üçün önəmli qərar qəbul etmişəm.
Nursoltan Nazarbayev deyib: Müavinətə ehtiyaclı olan qaxaxlar nazirlərin səhlənkarlığı üzündən bu kimi yardımlardan faydalana bilməyiblər.
Qazaxıstanın istefa vermiş prezidenti deyib: Hökumət üzvləri bir başa xalq ilə əlaqədə deyillər və xalqın problemlərindən xəbərdar deyillər.
Nursoltan Nazarbayev 1991-ci ildə SSRİ dağılandan sonra Qazaxıstanın prezidenti vəzifəsindədir.