İyul 05, 2020 08:43 Asia/Baku
  • Nüvə anlaşmasındakı hər cür qaranlıq cəhət müştərək komissiyada həll olunmalıdır

Rusiya Xarici İşlər Nazirliyi bir açıqlamada nüvə anlaşmasındakı mövcud ixtilafların müştərək komissiya vasitəsilə aradan qaldırılmasını vurğulayıb.

SaharAzeri xəbər verir, Rusiya Xarici İşlər Nazirliyi bu açıqlamada həmçinin zərurət daşımayan addımlardan çəkinilməsini istəyibdir.

Nazirlik İranın üç Avorpa ölkəsinin son hərəkətlərindən narazı olmasına, həmçinin İran xarici işlər nazirinin üç Avropa ölkəsinin sədaqətsizlikləri barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə məktub göndərməsinə və məsələnin həll edilmək üçün müştərək komissiyaya göndərilməsinə də işarə edibdir.

Bu arada Rusiyanın Vyanada yerləşən beynəxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov da şənbə günü nüvə anlaşmasındakı mövcud ixtilafların müştərək komissiya vasitəsilə həll edilməsini vurğulayıbdır.

 

Teqlər