Avq 01, 2020 19:28 Asia/Baku
  • ABŞ-ın Statistika İdarəsi: 30 milyon amerikalı acdır

ABŞ-ın Statistika İdarəsi "Covid-19" virusunun yayılmasının ardınca təqribən 30 milyon amerikalının kifayət qədər ərzaq əldə edə bilmədiyini açıqlayıb.

SəhərAzəri-in məlumatına görə, Farsnyus bu barədə yazır: Rəsmi statistikalara əsasən ötən bir həftə ərzində 30 milyon amerikalı kifayət qədər ərzaq əldə edə bilməyib. 

Ötən çərşənbə günü ən son hesabatını açıqlayan ABŞ-ın Statistika İdarəsi apardığı sorğu nəticəsində təqribən 30 milyon amerikalının 21 iyul tarixinə kimi olan son bir həftə ərzində kifayət qədər əldə edə bilmədiyini vurğulayıb. 

Bu hesabata əsasən sorğuda iştirak edən 249 milyon amerikalının 40.1%-i səhiyyə xidmətlərinin də kafi olmadığını qeyd edib. 

Amerikada "Covid-19" virusunun geniş yayılması nəticəsində milyonlarla insan iş yerini itirib.

Teqlər