Avq 02, 2020 15:00 Asia/Baku
  • İŞİD-in

İŞİD terror qruplaşmasının kəşfiyyat xidmətinin rəhbəri xüsusi bir əməliyyat nəticəsində məhv edildi.

SəhərAzəri-nin bildirdiyinə görə, bu barədə Əfqanıstanın Milli Təhlükəsizlik Şurası məlumat yayıb. 

Əfqanıstanın Milli Təhlükəsizlik Şurasının sədri verdiyi açıqlamada İŞİD-in kəşfiyyat xidmətinin rəhbəri "Əsədullah Ürkəzi" ləqəbi ilə tanınan Ziya Ərrəhmanın xüsusi bir əməliyyat nəticəsində öldürüldüyünü bildirib. 

Əfqanıstan Milli Təhlükəsizlik Şurası sədrinin dediyinə görə əslən Pakistanlı olan Ziya Ərrəhman öncədən planlaşdırılmış mürəkkəb bir əməliyyat nəticəsində öldürülüb. 

Bu məlumata görə Ürkəzi İŞİD-in Əfqanıstandakı kəşfiyyat xidmətinə başçılıq edirmiş.

Əfqanıstanın təhlükəsizlik qüvvələri Ürkəzinin İŞİD ilə region ölkələrindən biri arasında kordinator və əlaqələndirici roluna malik olduğunu qeyd etsələr də, bunun hansı ölkə olduğuna aydınlıq gətirməyiblər. 

Ürkəzinin nə zaman, harada və necə öldürülməsinə dair məlumat yayılmayıb. Deyilənlərə görə Ürkəzi Əfqanıstanda insanların sıx olduğu ictimai məkanlarda terror aktlarının planlaşdırılmasında əsas rola malik olub. 

Əfqanıstanın rəsmi dairələri bundan öncə təhlükəsizlik qüvvələrinin xüsusi əməliyyatı nəticəsində İŞİD-in "Xorasan bölməsi" adlı dəstəsinə başçılıq edən "Əsləm Faruqi" ləqəbi ilə tanınan Abdullah Ürkəzinin 19 terrorçu ilə birlikdə həbs edilməsindən xəbər vermişdilər. 

Teqlər