Avq 02, 2020 22:11 Asia/Baku
  • Dəməşqdən Suriya neftinin qarət edilməsinə reaksiya

Suriyanın Xarici İşlər Nazirliyi bu ölkə neftinin qarət edilməsi istiqamətində Suriya demokratik qüvvələri ilə bir amerikan şirkət arasında imzalanmış müqaviləni pisləyib.

SəhərAzəri-nin məlumatına görə, son zamanlar amerikalı respublikaçı senator Lindsey Qraham ifşa edərək bildiribdir ki, Suriya demokratik qüvvələrinin komandiri Məzlum Əbdi bu ölkənin şimal-şərqindəki neft yataqlarını modernləşdirmək üçün bir amerikan neft şirkəti ilə müqavilə imzalayıbdır.

Suriyanın Xarici İşlər Nazirliyi bir bəyanatda bildiribdir ki, bu yarımhərbçilərin və Amerikanın terror ünsürlərinin Suriyanın şərqi və şimal-şərqində neft qarətindən savayı bir məqsədləri yoxdur və onların qanunsuz iştiraklarına son qoyulacaqdır.

ABŞ prezidenti Donald Tramp dəfələrlə etiraf edibdir ki, Vaşinqton məhz Suriyanın neftinə görə bu ölkədədir.