Apr 08, 2021 01:43 Asia/Baku
  • Ukrayna Donetskə zərbələr endirir

Ukrayna hərbçiləri Donetsk ətrafı əraziləri 120 mm-lik minaatanlardan atəşə tutur.

SəhərAzəri  Axar.az-a istinadla  xəbər verir ki, bu barədə qondarma "donetsk xalq respublikası”nın atəşkəsə nəzarət mərkəzi məlumat yayıb.

 Bildirilib ki, Ukrayna hərbçiləri Veseloe kəndinə 15 zərbə endirib. Bir neçə dəqiqə sonra isə minaatanlardan daha 5 zərbə endirilib.

 Qeyd edək ki, bundan öncə qondarma respublikanın "rəhbəri" Denis Puşilin Ukraynanın Donbasda genişmiqyaslı əməliyyat başladacağını istisna etməmişdi.

 

 

 

Teqlər