Apr 08, 2021 17:09 Asia/Baku
  • BAT İngiltərədə insan haqları vəziyyətinin ağırlaşması barədə məlumat verib

Beynəlxalq Aminstiya Təşkilatı bir məlumatda bildirib ki, İngiltərədə insan haqları vəziyyəti sürətlə ağırlaşmaqdadır.

SəhərAzəri  xəbər verir ki, Beynəlxalq Aminstiya Təşkilatının İngiltərə bölməsinin müdiri Kit Alen bu ölkədə insan haqlarının vəziyyəti barədəki illik hesabatında belə qeyd edib: İngiltərə illər boyudur ki, insan haqları sahəsində yanlış yolda hərəkət edir və indi bu vəziyyət yüksək sürətlə ağırlaşmaqdadır.

Beynəlxalq Aminstiya Təşkilatı bu hesabatda İngiltərə rəsmilərinin koronavirus ilə mübarizədəki acizliklərinə, xalq etirazlarına hücumlara, bu ölkə polisinin qaradərililərə vəı Asiya vətəndaşlarına qarşı ayrı-seçkiliyinə və Ərəbistana silah satışının davam etməsinə işarə edibdir.

Son zamanlar İngiltərənin xarici işlər naziri Dominik Rab bu ölkə rəsmilərinə deyibdir ki, həmin ölkə digər ölkələrlə ticarət zamanı insan haqlarına etina etməməlidir.

İngiltərə səud koalisiyasının Yəmənə qarşı savaşında Ərəbistanı silahla təmin edən tərəflərdən biridir. Belə ki, həmin savaşın başlandığı zamandan bəri Ərəbistana raket, bomba və qırıcı da daxil olmaqla milyardlarla dollar dəyərində silah və sursat satışının lisenziyasını veribdir.

Belə bir halda, bir çox insan haqları qrupları İngiltərəni Ərəbistan ilə əmirliklərə silah satışını dayandırmağa çağırıblar.

Teqlər