İyun 09, 2021 13:37 Asia/Baku
  • Trüdo:

Kanadanın baş naziri bu ölkənin Ontario əyalətində bir sürücünün idarə etdiyi yük maşını ilə müsəlman bir ailəni vuraraq, öldürməsini terror aktı kimi dəyərləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Castin Trüdo çərşənbə axşamı Kanada İcmalar Palatasında çıxışı zamanı, bu hadisəni terror aktı adlandıraraq, bu ölkədəki radikal sağçılarla mübarizə aparacağına söz verib.  

Bazar günü Ontario əyalətinin London şəhərində bir sürücü müsəlman ailəni küçədən keçərkən yük maşını ilə vuraraq, öldürüb.  

Nəticədə 4 nəfər hadisə yerindəcə ölüb, ailənin yalnız 9 yaşlı uşağı ağır yaralanaraq, sağ qalıb, 

Yerli polisin məlumatına görə, hadisə əvvəlcədən planlaşdırılıb və qurbanlar müsəlman olduqları üçün hədəfə alınıblar. 

20 yaşlı hücumçu Nataniel Veltman olay yerindən 7 km uzaqlıqda ticarət mərkəzində ələ keçib.

Teqlər