Okt 12, 2021 16:13 Asia/Baku
  • Beş milyon yəmənli qıtlıqla üzləşir
    Beş milyon yəmənli qıtlıqla üzləşir

BMT bildirib ki, Yəmən xalqından beş milyon nəfər, o cümlədən dörd yüz min uşaq qıtlıq astanasındadır.

SəhərAzəri-nin məlumatına əsasən, BMT-nin Yəməndəki humanitar məsələlər üzrə koordinatoru Devid Qrisli Cenevrədə keçirdiyi mətbuat konfransında deyib ki, Yəmən müharibəsindən təqribən yeddi ilin keçməsilə Yəmən əhalisinin üçdə iki hissəsinə bərabər olan iyirmi milyon nəfərin yardıma ehtiyacı var.

Qrisli əlavə edib ki, Yəmənin iqtisadiyyatı dağılıb, yeməyin qiyməti artıb, ticarət mallarının təmini çətinliklə üzləşib və Yəmən dünyada ən pis insan böhranı ilə üzləşir.

Ərəbistan/ ABŞ, əmirliklər və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə qarşı hərbi təcavüz edib, bu ölkəni quru, dəniz və havadan mühasirə etdi.

Ərəbistanın və müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək on altı mindən çox yəmənlinin öldürülməsinə, on minlərlə nəfərin yaralanmasına və milyonlarla yəmənlinin didərgin düşməsinə bais olub.

 

Teqlər