İyun 06, 2015 10:23 Asia/Baku
  • İŞİD Liviyada yeni bir bölgəni işğal etdi
    İŞİD Liviyada yeni bir bölgəni işğal etdi

İŞİD terror qruplaşması Liviyada yeni bir bölgəni işğal edib.

Səhər Beynəlxalq Televiziyasının Röyters İnformasiya Agentliyinə istinadlı məlumatına görə, Liviyanın bir hərbi rəsmisi bildirib ki, İŞİD terror qruplaşması Sirt şəhərinin şərqində Həravə bölgəsini işğal edib və dövlət binalarını ələ keçirib.
İŞİD terror qruplaşması İraq və Suriyada geniş əraziləri işğal etdikdən sonra Liviyada təhlükəsizlik boşluğundan istifadə edərək, bu ölkədəki nüfuzunu genişləndirməyə çalışır.
İŞİD terror qruplaşması 2014-cü ilin oktyabr ayında Liviyanın şərqində yerləşən Dərnə şəhərini işğal edib.
İŞİD Liviyadakı son bir neçə aylıq de-stabillikdən sui-istifadə edəək, bu ölkənin şərqinə nüfuz edə bilmişdir.

Teqlər