İyun 14, 2015 12:55 Asia/Baku
  • Avropa parlamentinin nümayəndələri Qəzzənin mühasirəsinə son qoyulmasını istəyiblər
    Avropa parlamentinin nümayəndələri Qəzzənin mühasirəsinə son qoyulmasını istəyiblər

Qəzzə mühasirəsinə son qoymaq üçün bir Avropa karvanı bu zolağın mühasirəsinə son qoymaq istiqamətində Avropa Parlamentinin şəxsiyyətlərindən təxminən yüz nəfərin imzasını istəyib.

Səhər Beynəlxalq Televiziyasının Qətər İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, may ayında Azad Karvan koalisiyası tərəfindən Avropa Parlamentinə təqdim olunan bu müraciət Qəzzə zolağının mühasirəsinə tam şəkildə son qoymaq, 3-cü Azadlıq Karvanına təcavüzün olunmaması və onun beynəlxalq səviyyədə dəstəklənməsini istəyir.
Bu Avropa karvanı bir bəyanatda bildirib: Avropa Parlamentiniin sədr müavini Dmitri Babadimolis, 15 Avropa ölkəsinin nümayəndəsi Qəzzənin Azadlığı uğrunda 3-cü karvanı tam şəkildə dəstəklədiklərini bildiriblər.
Bu kampaniyanın rəhbəri Mazin Keyhil həmin müraciətin imzalanması barəsində bildirib: Bu hərəkət "İsrail"in Qəzzəyə qarşı 9 illik mühasirəsinə sərt cavabdır.
Avropa Parlamentində bir neçə həftə araşdırılacaq bu müraciət Qəzzə Zolağının mühasirəsinə son qoyulması, keçidlərin açılması, gediş-gəliş azadlığı, beynəlxalq səviyyədə 3-cü Qəzzənin Azadlığı Karvanının dəstəklənməsini vurğulayır.
Həmçinin bu müraciətdə dünya ilə əlaqə qurmaq üçün Qəzzə zolağının limana və keçidə malik olması vurğulanır.
Bu müraciətə əsasən, "İsrail" Fələstin ərazilərinin işğalçısı olaraq beynəlxalq qanunları və öhdəliklərini yerinə yetirməlidir.

Teqlər