Brüsseldə həyəcan durumu davam edir
https://azeri.sahartv.ir/news/dünya-i199910-brüsseldə_həyəcan_durumu_davam_edir
Belçika rəsmiləri paytaxtda ən yüksək səviyyədə həyəcan durumunun davam etməsi barədə qərar qəbul ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2015 13:51 Asia/Baku
  • Brüsseldə həyəcan durumu davam edir
    Brüsseldə həyəcan durumu davam edir

Belçika rəsmiləri paytaxtda ən yüksək səviyyədə həyəcan durumunun davam etməsi barədə qərar qəbul ediblər.

Frans-Press-in məlumatına görə, Belçikada böhran komitəsi bazar günü səhər bildirib ki, ən yüksək səviyyədə fövqəladə vəziyyət cari günün sonunadək bu ölkənin paytaxtı Brüsseldə qüvvədə qalacaq.
Belçika dövləti bu ölkə vətəndaşlarının 13 noyabr Paris sui-qəsdlərində əllərinin olmasının sübuta yetirilməsindən sonra həyəcan durumunu ən yüksək səviyyə olan dördüncü dərəcəyə qaldırıbdır.
132 nəfərin ölümü ilə nəticələnmiş Paris sui-qəsdləri bir çox Avropa ölkəsində, o sıradan Fransa və Belçikada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə nəticələndi.