İnqilab Rəhbərinin qərb gənclərinə ikinci məktubu müsbət qarşılanıb
Dek 01, 2015 12:42 Asia/Baku
ABŞ hökumətinin sabiq müşaviri İslam İnqilabının Böyük Rəhbərinin qərb gənclərinə ikinci məktubu barədə deyib: Onun məktubu Vaşinqtonun terrorizmlə ölümcül oyunları barəsində Amerika gənclərinə agahlıq bəxş edir.
Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, Paul Larvdy Həzrət Ayətullahülüzma Xameneinin məktubu, xüsusilə də qərbin terrorizmlə mübarizədəki ikili rəftarları barəsində deyib: Heç kimə gizli deyil ki, ABŞ və qərb qüdrətləri terrorçu qruplaşmalarla ölümcül müharibə ilə oyunlarla məşğuldurlar.Larvdy əlavə edib: Bir tərəfdən onları terrorçu adlandırır və pisləyir, digər tərəfdən isə onlarla cinayətkarlar kimi davranırlar. Belə rəftar səbəb olur ki, bu qruplaşmalar ABŞ və qərbdən ayrı düşüncə ardınca olan hər bir qrup və xalqın düşmənləri üçün problemlər yaratsınlar.
Larvdy Ayətullahülüzma Xameneinin bu məktubda xüsusi şəkildə terrorizmin kökünə toxunduğunu və bu məsələnin hansı həddə qərb gəncləri və rəsmləri üçün əhəmiyyət kəbs etdiyi barədə deyib: ABŞ vətəndaşlarının əksəriyyəti bu ölkənin hansı oyunları irəlilətməkdə olduğunu bilmir. Çünki onlar qəsdən və qərb medialarının məzmunları dəyişdirilmiş məlumatları ilə məsələlərin reallığından xəbərsizdirlər.
O əlavə edib: Nəticədə çox önəmlidir ki, bu məsələ yetərincə ictimaiyyətə çatdırılsın və hamıya bəlli olsun ki, İran Rəhbərinin məktubu bu məsələdə çox önəmlidir.