Çamski ABŞ və qərbin siyasətlərini tənqid atəşinə tutdu
-
Çamski ABŞ və qərbin siyasətlərini tənqid atəşinə tutdu
Amerikalı filosof və siyasi məsələlər üzrə ekspert bu ölkə hökuməti və onun qərbli müttəfiqlərinin Paris hücumlarında məsuliyyət daşıdığını bildirib.
Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, siyasi məsələlər üzrə ekspert Nuam Çamski Amerikanın İraq və Əfqanıstana hücumlarının dünyada terror aktlarının kökü və buna səbəb olduğunu bildirərək deyib: Amerikanın siyasətləri terror hərəkətlərinə son qoymaq əvəzinə terror fəaliyyətlərinə marağa səbəb olmuşdur.
O həmçinin deyib: ABŞ və qərbli müttəfiqlərinin terrorizmlə mübarizə strategiyası Paris hücumlarının əsas səbəbkarı olmuşdur.
Çamski İŞİD terrorçularının təhdidinə toxunaraq bildirib: İŞİD növündən olan terrorizm hərbi seçimlə dayanmayacaq.
Amerikalı siyasətçi Amerikanın İraq və Suriyada İŞİD əleyhinə hava hücumları strategiyasını tənqid edərək deyib: Bu hücumlar İŞİD terrorçularını daha çox intiqama məcbur edir.