AB miqrant məsələsinə görə Türkiyənin funksiyasını tənqid etdi
Avropa Birliyi miqrantlar qarşısında Türkiyənin funksiyasını tənqid edib.
Səhər Beynəlxalq Televiziyasının Fransanın Le Fiqaro qəzetinə istinadla verdiyi məlumata görə, miqrantların Avropaya hücumunun qadağan olunması barəsində Türkiyə ilə müzakirə aparan Avropa komissiyası bu gün bu məsələ qarşısında Türkiyənin hərəkətlərindən narazılıq edib.
Avropa komissiyası rəhbərinin müavini Frans Timmermans Amsterdamda keçirdiyi mətbuat konfransında Avropa Birliyinin miqrantların Avropaya hücumu ilə mübarizə sahəsində Türkiyəyə 3 milyard avroluq yardım ayırdığına toxunaraq bildirib: Türkiyə sahillərindən Avropaya daxil olan miqrantların sayı son həftələrdə çox-çox olmuşdur və bu məsələ ilə mübarizə üçün çoxlu addımlar atılmalı idi.
BMT-nin Qaçqınların Məsələləri üzrə Agentliyi son hesabatında bildirib: 2015-ci ildə 1 milyondan çox miqrant Aralıq və Egey dənizindən keçərək özünü Avropa sərhədlərinə çatdırmışdır.